Bank Of Baku

Xaçmazda ağır qəza nəticəsində 9 nəfər xəsarət alıb - FOTO

Xaçmazda ağır qəza nəticəsində 9 nəfər xəsarət alıb - FOTO
# 28 sentyabr 2026 00:24 (UTC +04:00)

Xaçmaz rayonunda 9 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosunun məlumatına görə, qəza Gəndob-Yalama avtomobil yolunun rayonun Çarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, əks istiqamətlərdə hərəkətdə olan “VAZ-2107” və “VAZ-2106” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 9 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR