Bank Of Baku

“Siyasi partiyalar haqqında” qanuna dəyişiklik təklifi müzakirəyə çıxarılıb

“Siyasi partiyalar haqqında” qanuna dəyişiklik təklifi müzakirəyə çıxarılıb
# 10 fevral 2015 09:46 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Siyasi partiyalar haqqında” qanunun 16.3-cü maddəsinə dəyişiklik təklifi müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, layihəyə əsasən mövcud maddədə (Siyasi partiya Azərbaycan Respublikasının qanunlarının tələblərini pozduqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən siyasi partiyaya əsaslandırılmış yazılı xəbərdarlıq edilir), “siyasi” sözünün, “bu qanunun 4-cü maddəsinin dördüncü hissəsi istisna olmaqla, siyasi” sözləri ilə dəyişdirilməsi təklif olunur.


Qanunun 4-cü maddəsinin dördüncü hissəsi isə bu tələbdən ibarətdir: “Məqsədi və ya fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiya quruluşunu və dünyəvi xarakterini zorakılıqla dəyişdirməyə, ərazi bütövlüyünü pozmağa, müharibəni, zorakılığı və qəddarlığı təbliğ etməyə, irqi, milli və dini ədavəti qızışdırmağa yönəlmiş siyasi partiyaların yaradılmasına və fəaliyyətinə yol verilmir”.


Təklifin mahiyyəti ondan ibarətdir ki, xəbərdarlıq 4-cü maddədə qeyd olunan məsuliyyət istisna olmaqla, siyasi partiyalara tətbiq ediləcək.


Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR