Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı deyib.
O, R. Nurullayevin partiyada başqa vəzifəyə təyin olunmayacağını da qeyd edib.
***
saat 15.09
Bakı. Etibar Məmmədov – APA. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Razi Nurullayev partiya sədri Əli Kərimlinin sərəncamı ilə vəzifəsindən kənarlaşdırılıb.
Bu barədə APA-ya AXCP sədrinin köməkçisi Faiq Əmirov məlumat verib.
F. Əmirov R. Nurullayevin vəzifəsindən kənarlaşdırılmasının səbəbini bilmədiyini qeyd edib.