Bank Of Baku

Abşeronda bir piyadanı vurub öldürən, digərini yaralayan sürücü hadisə yerindən qaçıb

Abşeronda bir piyadanı vurub öldürən, digərini yaralayan sürücü hadisə yerindən qaçıb
# 06 mart 2015 09:53 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Abşeronda avtomobil yolu keçən iki piyadanı vurub.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 5-də saat 20:00 radələrində Abşeron rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Yardımlı rayon sakini Maqsud Şəbiyev və Zərdab rayon sakini Nəsimi Əlövsətli vurulublar. M.Şəbiyev hadisə yerində ölüb, N.Əlövsətli isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi  tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR