Bank Of Baku

ALP sədri: “Müxalifət insan hüquqları məsələsində də parçalanıb”

ALP sədri: “Müxalifət insan hüquqları məsələsində də parçalanıb”
# 05 fevral 2015 11:11 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Müxalifət insan hüquqları məsələsində də parçalanıb. Buna görə də biz bu ad altında yaradılan Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunmadıq”.

 

Bunu APA-ya açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan deyib.

 

O bildirib ki, müxalifət namizədlərinin parlament seçkilərində bir-birinə mane olmaması üçün hər dairədən bir namizəd irəli sürmək lazımdır və bunun üçün seçki bloku yaratmağa ehtiyac yoxdur: “Bütün hallarda bloklar seçkilərin səhəri fəaliyyəti dayandırır. Bu da Azərbaycan seçicisini ruhdan salır. Ona görə də birləşmədən, ayrı-ayrılıqda əməkdaşlıq etmək daha yaxşıdır. Biz hər dairədən bir namizəd prinsipi ilə məsləhətləşmələrə hazırıq”.

 

Ə. Temirxan qeyd edib ki, ALP lideri Lalə Şövkətin parlament seçkilərində iştirakı sual altındadır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR