Bank Of Baku

Arif Hacılı: “Prezident Administrasiyasının siyasi partiyalarla təmas qurmaq təşəbbüslərini müsbət dəyərləndirirəm”

Arif Hacılı: “Prezident Administrasiyasının siyasi partiyalarla təmas qurmaq təşəbbüslərini müsbət dəyərləndirirəm”
# 13 fevral 2015 10:13 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı fevralın 12-də Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun və müxalifət partiyalarından bir qrupunun rəhbərinin iştirakı ilə keçirilən iqtidar-müxalifət görüşünə münasibət bildirərkən deyib.

 

A. Hacılı Müsavat Partiyasının bu görüşlərlə bağlı təkliflərini də səsləndirib: “Ümumiyyətlə, Prezident Administrasiyasının siyasi partiyalarla təmas qurmaq təşəbbüslərini müsbət dəyərləndirirəm. Bu görüşlərdə müzakirə olunacaq məsələlərin əvvəldən müəyyənləşdirilməsi təklifi bizə məxsusdur. Eyni zamanda biz istərdik ki, bu görüşlərin formal xarakter daşımaması üçün müzakirə olunacaq məsələlərlə yanaşı, orda iştirak edəcək siyasi qurumların formatı da əvvəlcədən müəyyənləşdirilsin və Azərbaycanın əsas müxalifət qüvvələri ilə razılaşdırılsın. Yalnız bu şəkildə təşkil olunmuş müzakirələrin cəmiyyət üçün real nəticələri ola bilər”.

 

Müsavat başqanı Azərbaycan Xalq Cəbhəsi Partiyasının funksionerləri tərəfindən qınaq obyekti olmamaq üçün bu görüşə qatılmadıqları barədə fikirlərə də münasibət bildirib: “Müsavat Partiyası öz proqramına, Nizamnaməsinə uyğun olaraq, öz hədəfləri uğrunda mübarizə aparır. Biz bütün qərarlarımızı Müsavat Partiyasının müvafiq strukturlarında qəbul edərək fəaliyyət göstəririk”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR