Bakı. Etibar Məmmədov – APA. “Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayını yaz aylarında keçirməyə çalışacağıq”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı deyib.
F. Qəhrəmanlı bildirib ki, partiyanın qurultayına hazırlıq işləri sürətləndirilib: “Bununla əlaqədar 85 rayon təşkilatlarında konfranslar keçirilir. Bu, zaman tələb edən işdir. Konfransların işi başa çatandan sonra Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi qurultayın dəqiq tarixini müəyyən edəcək”.
F. Qəhrəmanlı qeyd edib ki, AXCP sədri vəzifəsində Əli Kərimliyə rəqib yoxdur.