Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib.
Bu barədə APA-ya məlumat verən AXCP Ali Məclisinin sədri Həsən Kərimov deyib ki, sessiyada 21 nəfərdən ibarət Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və qurultayın noyabr ayında keçirilməsi planlaşdırılıb: “Təşkilat Komitəsinin təklifinə əsasən sessiya qurultayın gününü müəyyən edəcək”.
H.Kərimov qurultaya yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət edəcəklərini deyib.