Bank Of Baku

Azərbaycan-Ermənistan "Sülh körpüsü” təşəbbüsü çərçivəsində komitələrdə müzakirələr keçirilib

Azərbaycan-Ermənistan "Sülh körpüsü” təşəbbüsü çərçivəsində komitələrdə müzakirələr keçirilib
# 27 noyabr 2026 10:12 (UTC +04:00)

Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə geniştərkibli ikitərəfli dəyirmi masa müzakirəsi davam edir.

APA xəbər verir ki, Azərbaycanla Ermənistan arasında “Sülh körpüsü” təşəbbüsü çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib.

Qeyd edək ki, “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə geniştərkibli ikitərəfli dəyirmi masa müzakirəsi keçirilir. Müzakirələr 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyini, Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılmasına yönəlmiş təşəbbüsləri, iki cəmiyyət arasında qarşılıqlı etimadın yaradılması və inkişaf etdirilməsi tədbirlərini, Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığın, ticarətin və bağlantı marşrutlarının yaradılması imkanlarını, humanitar məsələləri, gənclərlə işi və təhsil sahəsini, həmçinin iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivlərini əhatə edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR