AXCP Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının 25 illiyi münasibətilə tədbir keçirib

AXCP Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının 25 illiyi münasibətilə tədbir keçirib
# 16 iyul 2014 10:59 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Səttar Bəhlulzadə adına Mədəniyyət Mərkəzində Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasının 25 illiyi münasibətilə tədbir keçirib.

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli və digərləri AXC-nin Azərbaycan müstəqillik tarixindəki rolundan, fəaliyyətindən danışıb, AXC-ni Azərbaycanın şərəfli tarixi kimi qiymətləndiriblər.

 

Xatırladaq ki, AXC 1989-cu il iyulun 16-da Bakıda keçirilən gizli konfransda təsis edilib.

 

1995-ci ildə AXC siyasi partiyaya çevrilib və AXCP adı alıb. Bu gün Azərbaycanda fəaliyyət göstərən olan partiyaların bir çoxu vaxtilə AXC-nin bazasında yaradılıb.

 

AXC-yə, partiyaya çevrildikdən sonra isə AXCP-yə Əbülfəz Elçibəy rəhbərlik edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR