Bank Of Baku

Azərbaycan prezidenti “Xocalı” abidəsini ziyarət edib - YENİLƏNİB - VİDEO - FOTOSESSİYA

Azərbaycan prezidenti “Xocalı” abidəsini ziyarət edib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 26 fevral 2015 06:53 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət edib.

 

APA-nın məlumatına görə, prezident abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.

 

Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Türkiyənin Azərbaycanda səfərdə olan xarici işlər naziri Mövlud Çavuşoğlu abidənin önünə gül dəstələri qoyublar.

 

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.

 

Anma mərasiminin iştirakçıları abidənin önünə tər qızılgüllər, qərənfillər düzüblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR