Bank Of Baku

Ombudsman: Azərbaycanda bəzi polis əməkdaşları saxlanılan şəxslərə qarşı yol verdikləri nöqsanlara görə cəzalandırılıb

Ombudsman: Azərbaycanda bəzi polis əməkdaşları saxlanılan şəxslərə qarşı yol verdikləri nöqsanlara görə cəzalandırılıb
# 26 fevral 2015 12:50 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2014-cü il üzrə illik hesabatında bildirilib.

 

Ötən il ərzində müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin hüquqlarının təmini sahəsində nöqsanlara yol verdiklərinə görə, Nizami və Sumqayıt polis idarələrinin müvəqqəti saxlama yerlərinin rəisləri - polis mayoru Ə. Abbasov və polis polkovnik-leytenantı V. Mikayılov, gətirilmiş şəxslərin qeydiyyatını Daxili İşlər Nazirliyinin müvafiq normativ hüquqi aktlarının tələblərinə uyğun aparmadıqlarına görə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci və 3-cü polis bölmələrinin məsul növbətçiləri - polis kapitanları M. Paşayev və P. Dünyamalıyev, polis mayoru N. Hacıyev, Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinin məsul növbətçisi, polis kapitanı İ. Novruzov, həmçinin müvəqqəti saxlama yerinin xidməti sənədlərinin tam və dolğun tərtib olunmasını, buraxılış rejimini müvafiq təlimatın tələblərinə uyğun həyata keçirmədiklərinə görə Samux Rayon Polis Şöbəsinin məsul növbətçisi, mayor R. Abdullayev və müvəqqəti saxlama yerinin rəisi S. Məmmədov intizam məsuliyyətinə cəlb olunublar, eyni zamanda analoji halların təkrarlanmaması üçün 12, 14 və 15 polis bölmələrinin rəislərinə ciddi xəbərdarlıq edilməklə paytaxtın ərazi polis orqanlarına müvafiq göstəriş göndərilib.

 

Həbs edilmiş şəxslərin saxlanma müddətini pozduqlarına görə Kürdəmir Rayon Polis Şöbəsinin məsul növbətçisi, polis leytenantı S. Məmmədov və müvəqqəti saxlama yerinin rəisi vəzifəsini icra edən polis serjantı D. Kərimova töhmət verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR