Bank Of Baku

Azərbaycanda dairələr üzrə seçici siyahıları dəqiqləşdirilir

Azərbaycanda dairələr üzrə seçici siyahıları dəqiqləşdirilir
# 10 fevral 2015 13:16 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda dairə seçki komissiyaları (DSK) seçici siyahılarını dəqiqləşdirir.

 

Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimlinin APA-ya verdiyi məlumata görə, Seçki Məcəlləsinə əsasən yanvarın 5-dən fevralın 5-dək məntəqə seçki komissiyaları seçici siyahılarını dəqiqləşdirərək DSK-lara təqdim ediblər.

 

Dairələr üzrə dəqiqləşdirilmiş ilkin seçki siyahıları ən geci aprelin 5-dək MSK-ya təqdim ediləcək. MSK da həmin vaxtdan etibarən seçici siyahılarını yoxlayacaq, uyğunsuzluq aşkar etdikdə, onların dəqiqləşdirilməsi üçün lazımi addımlar atacaq. Sonra isə siyahılar təsdiqlənmək üçün aşağı seçki komissiyalarına təqdim olunacaq. Bu proses mayın sonuna qədər başa çatacaq. Mayın sonunda Azərbaycanda seçicilərin sayı açıqlanacaq.

 

M.Rəhimli bildirib ki, bu il keçiriləcək parlament seçkiləri dönəmində də qanunvericiliyə uyğun olaraq seçici siyahıları məntəqə seçki komissiyaları səviyyəsində dəqiqləşdiriləcək. Seçki gününə 2 ay qalmış məntəqə seçki komissiyaları tərəfindən seçici siyahılarının dəqiqləşdirilməsinə başlanacaq və  bu proses 1 ay davam edəcək. Seçici siyahıları məntəqə seçki komissiyalarında açıqlanandan sonra seçici siyahılarında adını tapa bilməyən seçicilər seçki gününə 20 gün qalana qədər bununla bağlı müraciət edə bilərlər. Seçkiyə 20 gün qalmış seçici siyahılarının tam dəqiqləşməsi prosesi başa çatmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR