Bank Of Baku

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib
# 06 fevral 2015 08:36 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Paytaxtda ötən gün yol polisi dayanma-durma ilə bağlı 270 inzibati protokol tərtib edib.

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, paytaxtın mərkəzi küçələrində piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol polisi reydlər keçirir. Reyd zamanı paytaxtın avtomobil yollarında ticarətlə fərdi şəkildə məşğul olan şəxslər barəsində inzibati protokol tərtib ediləcək.

 

V. Əsədov ötən gün paytaxt ərazisində dayanma və durma qaydasını pozan 270 sürücü barəsində inzibati protokol, 38 avtomobil barəsində “bort kompyuter” vasitəsi ilə fotomaterial hazırlanıb, 21 avtomobil isə evakuasiya edilib.

 

V. Əsədov sürücülərə müraciətində bildirib ki, paytaxt ərazisində piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi, piyadaların vurulması ilə nəticələnən yol qəzalarının minimuma endirilməsi üçün sürücülərə bir daha diqqətli olmaq və avtomobilin qadağan olunmuş yerlərdə saxlamamaq tövsiyə olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR