Bakı. Fuad Cəfərov -APA. Bakıda tapılan kişi meyitinin şəxsiyyəti müəyyənləşib. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində bu gün rayon ərazsində meyiti tapılan şəxsin 1938-ci il təvəllüdlü Tofiq Paşa oğlu Məmmədov olduğu məlum olub.
Polisdən həmin şəxsin ürək tutmasından öldüyü bildirilib.
***
15.29
Bakıda mənzildən kişi meyiti tapılıb
Bakı. Fuad Cəfərov - APA. Bakıda mənzildə kişi meyiti aşkarlanıb.
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şərifzadə küçəsi 52 ünvanında qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri mənzildə kişi meyiti aşkar ediblər. Hazırda meyitin şəxsiyyətinin təyin edilməsi və ölüm səbəbinin araşdırılması istiqamətində ekspert və hüquq mühafizə orqanlarının əməkdaşları iş aparır.