Bank Of Baku

Cəmil Həsənli: “Kim hara qədər gedə bilirsə, gedir”

Cəmil Həsənli: “Kim hara qədər gedə bilirsə, gedir”
# 10 iyul 2014 12:08 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Milli Şuranın sədri Cəmil Həsənli Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin Milli Şuradan istefasına münasibət bildirib.

 

C. Həsənli APA-ya açıqlamasında qurumdan istefalara normal baxdığını deyib: “Milli Şura müxalifət düşərgəsinin əsas mərkəzi olaraq bəlli bir yol gedir və bu prosesdə kim hara qədər gedə bilirsə, gedir. Ona görə də buna normal yanaşmaq lazımdır”.

 

Xatırladaq ki, yeni təsis edilən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər və partiyanın Milli Şurada təmsil olunan üzvləri bu qurumda fəaliyyətlərini dayandırıblar. S. Əkbər APA-ya açıqlamasında deyib ki, bununla bağlı partiyanın Ali Məclisi qərar qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR