Bank Of Baku

Dövlət Müşavirliyi ilə Dövlət Komitəsi ölkədəki dini durumu müzakirə ediblər

Dövlət Müşavirliyi ilə Dövlət Komitəsi ölkədəki dini durumu müzakirə ediblər
# 06 mart 2015 14:06 (UTC +04:00)

Komitədən APA – ya verilən məlumata görə, tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, eləcə də Mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Müşavirəni açan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədə dini durum, icmaların qeydiyyat məsələləri, yeni icmaların yaradılması, dini maarifləndirmə sahəsində həyata keçirilən tədbirlər və müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verərək qeyd edib ki, Dövlət Komitəsinin cari ildəki fəaliyyəti və dini durumun tənzimlənməsi baxımından bu müşavirə xüsusi əhəmiyyət kəsb edir. Dövlət müşaviri Kamal Abdullayev görülmüş işlər, planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələrdən danışıb, həmçinin, müvafiq tövsiyələrini verib. Müşavirədə bölgə şöbə müdirləri dini durum, eləcə də görüləcək işlər bağlı məlumat veriblər. Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı digər məsələlər müzakirə edilib. Müşavirənin sonunda M. Qurbanlı bildirib ki, bu formatda tədbirlərin mütəmadi keçirilməsi ümumi işin səmərəliliyinə və daha da yüksək nəticələr əldə edilməsinə xidmət edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR