Bank Of Baku

Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi: “İntiqam Əliyevin sağlıq durumu stabil qiymətləndirilir”

Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi: “İntiqam Əliyevin sağlıq durumu stabil qiymətləndirilir”
# 16 fevral 2015 16:43 (UTC +04:00)

APA-nın məlumatına görə, bununla bağlı məsələyə aydınlıq gətirən Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Rəfail Mehdiyev bildirib ki, son illər məhkum və təqsirləndirilən şəxslərin tibb və dərman təminatı, onlara göstərilən tibbi yardımın keyfiyyəti xeyli yüksəlib, penitensiar müəssisələr, o cümlədən İ. Əliyevin saxlanıldığı müasir tipli Bakı İstintaq Təcridxanası da yüksək beynəlxalq standartlara cavab verən ən son qabaqcıl tibbi avadanlıqla təchiz olunub və həbs olunmuş şəxslər mütəmadi müayinələrə cəlb olunurlar.

 

İ.Əliyevin də səhhətinin nəzarətdə saxlanıldığını deyən R. Mehdiyev qeyd edib ki, onun əvvəllər heç bir şikayəti olmayıb. “Oktyabrın ortalarında o, bel nahiyəsində olan ağrılardan şikayətini bildirib və bununla əlaqədar aidiyyəti sahələr üzrə aparıcı həkim-mütəxəssislər tərəfindən müayinələrdən keçirilib. Həmçinin Tibb baş idarəsinin təşəbbüsü əsasında onun Səhiyyə Nazirliyinin ən müasir avadanlıqla təchiz olunmuş Milli Onkologiya Mərkəzində onurğa sütununun və baş-beyinin Maqnit Rezonans Tomoqrafiya (MRT) müayinəsi aparılıb və nəticədə onda onkoloji və ya digər ciddi proses aşkar olunmayıb. İntiqam Əliyevin sağlıq durumu stabil qiymətləndirilir, lakin belə sualların səsləndirildiyi üçün tibb xidməti onun Səhiyyə Nazirliyinin ixtisaslaşmış müalicə-diaqnostika mərkəzlərində əlavə zəruri müayinələrin keçirilməsini təşkil edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR