Bank Of Baku

Əli Əhmədov: “Mərkəzçi Demokratlar İttifaqına yalnız müxalifət partiyalarının qəbul olunduğu iddiaları yalandır”

Əli Əhmədov: “Mərkəzçi Demokratlar İttifaqına yalnız müxalifət partiyalarının qəbul olunduğu iddiaları yalandır”
# 09 iyul 2014 12:50 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov partiyanın Mərkəzçi Demokratlar İttifaqına daxil olması ilə bağlı müxalif partiyaların səsləndirdiyi ittihamlara cavab verib. APA-nın məlumatına görə, Ə. Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, Mərkəzçi Demokratlar İttifaqı İnternasionalı və Avropa Xalqları Partiyasının nümayəndə heyəti Bakıda olub: “YAP-la onların əlaqələri davam edir və qarşıya qoyduğumuz məqsəd bu qurumlarda üzv kimi təmsil olunmaqdır. Bizim rəqiblərimiz, opponentlərimiz yalan informasiyalar yaymaqda davam edirlər ki, guya YAP-ın əməkdaşlıq qurmaq istədiyi Mərkəzçi Demokratlar İttifaqına daxil olanlar yalnız müxtəlif ölkələrdəki müxalifət partiyalarıdır. Bu, tamamilə yalandır. Bu beynəlxalq təşkilata 70-dən çox müxtəlif partiyalar daxildir. Bunların arasında müxtəlif yönümlü - sağçı, mərkəzçi partiyalar da, hakimiyyətə təmsil olunan partiyalar da, müxalifətdə olan partiyalar da var. Biz həmin quruma daxil olmaq niyyətimizi ortaya qoyarkən bu qurumda hansısa partiyanın müxalifətdə, hansısa partiyanın hakimiyyətdə olmasını nəzərdə tutmamışıq. Bu, beynəlxalq aləmdə geniş nüfuz qazanmış böyük bir qurumdur. Bu partiyaların böyük hissəsi Avropada hakimiyyətdə olan sağçı partiyalardır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR