Bank Of Baku

Ellada Məmmədli: “Mənə dedilər ki, ya ADR-i, ya da Müsavatı seç”

Ellada Məmmədli: “Mənə dedilər ki, ya ADR-i, ya da Müsavatı seç”
# 02 fevral 2015 16:03 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün fəaliyyəti ilə əlaqədar Müsavat Divanına dəvət olunan partiyanın Qadınlar Birliyinin sədri, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin üzvü Ellada Məmmədli müzakirənin bəzi detallarını açıqlayıb.

 

E. Məmmədli APA-ya açıqlamasında deyib ki, Müsavat başqanı Arif Hacılı başda olmaqla, partiya funksionerləri Divanda ona bəzi suallar ünvanlayıblar və ittihamlar irəli sürüblər: “Onların xəbərdarlığı ondan ibarət idi ki, mən mövqeyimi dəqiqləşdirim – ya Azərbaycan Demokratiya və Rifah Hərəkatında qalım, ya da Müsavat Partiyasında. Mən də bildirdim ki, ADR ictimai hərəkatdır və siyasətə aidiyyəti yoxdur. Müsavat isə siyasi partiyadır və mən burada fəaliyyətimi davam etdirirəm. Qarşı tərəfin mənə olan ittihamlarının böyük əksəriyyəti ADR-lə bağlı idi. Deyirdilər ki, niyə sosial şəbəkələrdə Müsavat başqanına nalayiq sözlər yazanların fikirlərini bəyənirsiniz? Suallar çox anormal idi. Səxavət Soltanlı dedi ki, mən sosial şəbəkədəki profilimdə partiyanın qurultayının əleyhinə nə isə yazıram. Mən də bunu təkzib edərək bildirdim ki, sosial şəbəkədəki profil mənim özümə məxsusdur, Qadınlar Birliyinə yox”.

 

Qeyd edək ki, Divanın qərarına əsasən E. Məmmədliyə xəbərdarlıq olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR