Bakı - APA. Fevralın 12-15-də Niderland Krallığında karate üzrə Premyer Liqa turniri keçirilib.
APA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Şəhrun Yusifova 50 kq çəki dərəcəsində bürünc mükafata layiq görülüb.
Qeyd edək ki, karate üzrə Premyer Liqa turnirində 51 ölkədən 613 idmançının iştirakı ilə fəxri kürsünün üçüncü pilləsinə sahib olan xanım idmançımız Bakı-2015 Birinci Avropa Oyunlarında bu idman növündə ölkəmizi təmsil edəcək.