Bank Of Baku

Göyçayda "Mersedes" yoldan çıxaraq müəllimi vurub öldürüb

Göyçayda  "Mersedes" yoldan çıxaraq müəllimi vurub öldürüb
# 17 fevral 2015 21:45 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Göyçay-Bərgüşad yolunun 9-cu kilometrliyində, Qızılağac kəndi ərazisində qeydə alınıb. Kənd sakini Zaur İsmayılovun idarə etdiyi "Mersedes" markalı minik avtomobili yoldan çıxaraq kənardakı dəmirçi sexinə çırpılıb.

 

Hadisə zamanı sexdəki usta xəsarət almasa da, avtomobil sexin qarşısında dayanmış digər avtomobilin yanında dayanmış sürücünü -1950-ci il təvəllüdlü Abdulhəmid Osmanovu vurub.

 

Qızılağac kənd orta məktəbinin müəllimi olan Abdulhəmid Osmanov aldığı xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR