Bakı. Etibar Məmmədov – APA. “Qurultaya Hazırlıq üzrə Təşkilat komitəsində Müsavatın qurultayının qərargahda keçirilməsi təklif oluna bilər”.
Bunu APA-ya Müsavat başqanının müavini Gülağa Aslanlı deyib.
G. Aslanlı bildirib ki, partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclası avqustun ortalarında keçiriləcək. Onun sözlərinə görə, qurultayla bağlı son vəziyyət müzakirə olunacaq, təkliflər dəyərləndiriləcək.
G. Aslanlı iclasda qurultaya yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmək barədə qərar veriləcəyini də qeyd edib.