Bank Of Baku

İlham Əliyev: "Kənd təsərrüfatı ilə bağlı islahatlar bir məqsədi güdür - fermerlərin həyatı yüngülləşdirmək, onlar üçün əlavə gəlir mənbəyi təmin etmək"

İlham Əliyev: "Kənd təsərrüfatı ilə bağlı islahatlar bir məqsədi güdür - fermerlərin həyatı yüngülləşdirmək, onlar üçün əlavə gəlir mənbəyi təmin etmək"
# 11 iyul 2014 04:19 (UTC +04:00)

Bakı-APA. Azərbaycanda hazırda kənd təsərrüfatı ilə bağlı ciddi islahatlar, o cümlədən struktur islahatları aparılır.  APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda yekun nitqində deyib. Ölkə başçısı vurğulayıb ki, iri fermer təsərrüfatlarının fəaliyyəti müsbət qiymətləndirilməlidir: “Əslində biz iri fermer təsərrüfatlarının müasir səviyyədə yaradılması ilə ölkəmizdə bir standart müəyyən edirik. Bundan sonra Azərbaycanda kənd təsərrüfatının inkişafı dünyanın aparıcı təcrübəsinə əsaslanmalıdır”.

 

Məhsuldarlığın artırılmasının bütün sahələrdə təmin edilməsinin zəruriliyini qeyd edən prezident, belə olan halda yeni ixrac bazarlarının müəyyən edilməsi məsələsinin gündəliyə düşdüyünü vurğulayıb: “Yeni əkin sahələrinin dövriyyəyə buraxılması meliorasiya layihələrinin icrası nəticəsində nəzərdə tutulur. Belə olan halda biz dəqiqliklə bilməliyik hansı rayonda neçə min hektar dövriyyəyə buraxıla bilər ki, orada bütün infrastruktur layihələri təmin edilsin, yollar və digər məsələlər öz həllini tapsın. Əminəm ki, biz bu istiqamətdə uğurlu inkişafa nail olacağıq. Bunu mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, belə olan halda yeni ixrac bazarlarının müəyyən edilməsi məsələsi gündəliyə düşür. Burada ənənəvi bazarlara daha da geniş şəkildə çıxışımız təmin edilməlidir”.

 

“Yeni bazarlara çıxmalıyıq, regional bazarlara çıxırıq. İndi bu istiqamətdə də işlər görülür və çalışmalıyıq ki, Avropa bazarlarına da böyük həcmdə kənd təsərrüfatı məhsulları ilə çıxa bilək. Buna nail olmaq üçün əlbəttə ki, keyfiyyət yüksək səviyyədə olmalıdır. Bu gün Azərbaycanda bu sahədə tətbiq olunan yanaşma hesab edirəm ki, keyfiyyəti də təmin edir. İndi Azərbaycanda elə məhsullar var ki, ən yüksək keyfiyyətə malikdir. Nə vaxtkı biz bu sahədə özümüzü tam şəkildə təmin edəcəyik və keyfiyyətli, rəqabətqabiliyyətli məhsullar Azərbaycanın emal sənayesində üstünlük təşkil edəcək, o vaxt əminəm ki, biz Dünya Ticarət Təşkilatına da üzv olmağa hazır olacağıq. Əgər biz bunu bu gün etsək fermerlərimiz ziyan çəkəcək, məhsulumuz azalacaq, Azərbaycan bazarına xaricdən ucuz, keyfiyyətsiz mallar gələcək və beləliklə, iqtisadi inkişafımız, xüsusilə kənd təsərrüfatındakı inkişafımız lazımı səviyyədə olmayacaq. Ona görə, Dünya Ticarət Təşkilatına üzv olmaq üçün indi hazırlıq prosesi gedir. Bu, bizim hədəfimizdir. Biz hədəf kimi bunu saxlayırıq, amma həm kənd təsərrüfatı, həm də sənaye sahəsində hazırlıq işləri getməlidir, bu islahatlar aparılmalıdır”, deyə ölkə başçısı bildirib.

 

Prezident İlham Əliyev qeyd edib ki, elektron kənd təsərrüfatı sistemi, yeni texnikanın, damazlıq mal-qaranın alınması - bütün bunlar bir məqsədi güdür - fermerlərin həyatını yüngülləşdirmək, onlar üçün əlavə gəlir mənbəyi təmin etmək:  “Əlbəttə ki, bu, məsələnin bir tərəfidir, sosial məsələdir, çünki əhalimizin təxminən yarısı kənd təsərrüfatı ilə məşğuldur, aqrar zonalarda yaşayır. Biz bu məsələyə sosial məsələ kimi baxırıq, eyni zamanda, bu, böyük iqtisadi potensiala malik olan məsələdir. Hələ ki, biz ondan tam şəkildə istifadə etmirik və birinci mərhələdə özümüzü əsas kənd təsərrüfatı məhsulları ilə 100 faiz səviyyəsində təmin etməliyik. Biz buna yaxınlaşırıq. Hər il regional inkişaf proqramının müzakirəsi zamanı biz bu məsələyə toxunuruq. Ondan sonra da kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılması bununla paralel olaraq təmin edilməlidir”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR