Bank Of Baku

İqbal Ağazadə: “Parlament seçkilərində ADP ilə birgə iştirak edəcəyik”

İqbal Ağazadə: “Parlament seçkilərində ADP ilə birgə iştirak edəcəyik”
# 04 fevral 2015 15:29 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunan partiyalarla seçki blokunun yaradılması ilə bağlı üzün müddət müzakirələrimiz olub. Bəzi məsələlərə baxışlarımız fərqli olduğundan, yaradılan blokda təmsil olunmadıq. Amma çalışacağıq ki, əməkdaşlığımızı davam etdirək”.

 

Bunu APA-ya açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

 

İ.Ağazadə yeni yaradılan “Azadlıq-2015” seçki blokunun müzakirələrində iştirak etsə də, bloka qatılmamasının səbəblərini açıqlamaq istəməyib. O qeyd edib ki, Ümid Partiyası parlament seçkilərinə Azərbaycan Demokrat Partiyası (ADP) ilə birgə qatılacaq: “Qarabağ” bloku siyasi blokdur. Seçki blokunun adı nə olacaq, deyə bilmərəm, ancaq ADP ilə birgə iştirak edəcəyimiz bəllidir”.

 

Qeyd edək ki, bu gün Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunan 8 partiya parlament seçkiləri ilə əlaqədar “Azadlıq-2015” adlı seçki bloku yaradıb. Mərkəzin üzvü olan Müsavat, Ümid və ADP isə blokda təmsil olunmaqdan imtina edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR