Bank Of Baku

İrəvanda Valeri Permyakovun yerli hüquq-mühafizə orqanlarına təhvil verilməsi tələbi ilə aksiya keçirilib

İrəvanda Valeri Permyakovun yerli hüquq-mühafizə orqanlarına təhvil verilməsi tələbi ilə aksiya keçirilib
# 12 fevral 2015 16:28 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Bu gün İrəvanda Avetisyan ailəsini qətlə yetirmiş rusiyalı hərbçi Valeri Permyakovun Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməsi tələbi ilə növbəti aksiya keçirilib.

 

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, Ermənistanın Baş Prokurorluğunun binası qarşısında baş tutan aksiyanın iştirakçıları cinayət işi üzrə istintaqın şəffaf keçirilməsi və Permyakovun Ermənistanın ədliyyə sisteminə təhvil veriləcəyi ilə bağlı hakimiyyətdən təminat istəyiblər.

 

Nümayişçilər adından respublikanın baş prokuroru Qevork Kostanyana məktub göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR