Bakı – APA. Milli Məclisin deputatı Novruz Aslanov fevralın 18-də İsmayıllı rayonunda ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağında iştirak edib.
Deputatın qərargahından APA-ya verilən məlumata görə, N. Aslanov çıxışında respublikanın bütün bölgələrində, o cümlədən də İsmayıllı rayonunda sosial-iqtisadi inkişafın davamlı olmasından, dövlət başçısının bu rayona xüsusi diqqətindən və ismayıllılara göstərdiyi qayğıdan söhbət açıb.
Bölgələrdə aparılan genişmiqyaslı abadlıq işlərinin və infrastruktur layihələrinin bundan sonra da davam edəcəyini diqqətə çatdıran deputat prezident İlham Əliyevin keçən ilin sentyabr ayında İsmayıllı rayonuna növbəti səfərinin bu rayona dövlət tərəfindən göstərilən qayğının bariz nümunəsi olduğunu bildirib.
Yığıncaqda digər natiqlər də çıxış ediblər.