Bank Of Baku

Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının tərkibi təsdiqlənib

Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının tərkibi təsdiqlənib
# 02 fevral 2015 10:19 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında parlamentin İntizam və Hesablayıcı komissiyalarının tərkibinin təsdiq edilməsi layihəsinə baxılıb.

 

APA – nın məlumatına görə, hər iki komissiyanın tərkibi dəyişiklik olmadan təsdiqlənib.
 

Qeyd edək ki, İntizam komissiyaya deputatlar Fəttah Heydərov, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa, Siyavuş Novruzov və Sədaqət Vəliyeva daxildir. Hesablayıcı komissiya isə İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc və Mixail Zabelin ibarətdir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR