Bank Of Baku

MNTK Qubad İbadoğlunun Müsavatdan çıxarılması ilə bağlı şikayətə mənfi cavab verib

MNTK Qubad İbadoğlunun Müsavatdan çıxarılması ilə bağlı şikayətə mənfi cavab verib
# 10 mart 2015 15:55 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) Müsavat Partiyası Divanının sabiq üzvü Tural Abbaslını Divanın qərarı ilə partiyadan xaric edilmiş başqanlığa sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu ilə bağlı müraciəti ilə əlaqədar bu gün MNTK-nın iclasına dəvət edib.

 

T.Abbaslı APA-ya açıqlamasında bildirib ki, iclasda Q.İbadoğlunun partiyadan xaric edilməsi ilə bağlı Divanın qərarının araşdırılması üçün etdiyi müraciətə baxılıb.

 

O qeyd edib ki, MNTK Q.İbadoğlu ilə bağlı Divanın qərarını qüvvədə saxlayıb: “Mən bildirdim ki, Qubad İbadoğlunun partiyadan kənarlaşdırılması əslində Nizamnaməyə ziddir. Ancaq onlar dedilər ki, bu məsələ araşdırılıb və Divanın qərarında heç bir Nizamnamə pozuntusu aşkar olunmayıb. Belə olan halda MNTK-dan mənə yazılı cavab verilməsini və Qubad İbadoğlunun konkret hansı addımlarına görə partiyadan kənarlaşdırılmasının da cavabda göstərilməsini tələb etdim. Ümid edirəm ki, yaxın günlərdə cavab veriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR