Bank Of Baku

MSK bələdiyyə seçkilərində yol verdiyi nöqsanlara görə buraxılan DSK-ları yenidən formalaşdırıb

MSK bələdiyyə seçkilərində yol verdiyi nöqsanlara görə buraxılan DSK-ları yenidən formalaşdırıb
# 12 fevral 2015 13:22 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.


APA-nın məlumatına görə, iclasda bəzi Dairə Seçki komissiyalarının (DSK) tərkibinə dəyişiklik edilməsi barədə məsələyə baxılıb.


MSK katibi Arifə Muxtarova deyib ki, 23 dekabr 2014-cü il tarixdə keçirilən bələdiyyə seçkilərində yol verdiyi nöqsanlara görə yol verdiyi nöqsanlara görə 54 saylı Şabran-Siyəzən, 70 saylı Masallı şəhər və 75 saylı Lənkəran-Masallı seçki dairələrinin DSK-ları buraxılıb. Seçki Məcəlləsinin tələbinə görə həmin DSK-ların tərkibi yenidən formalaşdırılmalıdır. A.Muxtarova bu üç DSK-nın yeni tərkibinin MSK-da parlamentdəki bitərəf, çoxluq və azlığın təmsilçiləri arasında razılaşdırıldığını bildirilib. Daha sonra bu DSK-ların üzvlüyünə namizədlər səsverməyə çıxarılıb və DSk-ların yeni tərkibi təsdiqlənib.

 

MSK 111 saylı Zaqatala-Balakən Seçki Dairəsinin DSK-nın üzvlərindən birinin xahişi ilə onu komissiyanın üzvlüyündən azad edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR