Bakı. Etibar Məmmədov - APA. “Təcrübə göstərir ki, Müsavat Partiyasından çıxmış və ya xaric olunmuş insanlar heç vaxt hansısa təşkilatda fəaliyyətini uğurla davam etdirə bilmirlər. Bu, Qubad İbadoğluna da aiddir”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanın müavini Elman Fəttah Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatından bir qrup gəncin istefa verməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu istefalar onun təzahürüdür ki, ADR-ə qoşulanlar artıq Müsavatdan istefa verdikləri anda siyasi fəaliyyətlərini dayandırırlar.