Bakı. Etibar Məmmədov - APA. Müsavat başqanlığına sabiq namizəd, partiyadan xaric edilən Səxavət Əlisoyun qohumları Müsavatdan istefa veriblər.
APA-nın məlumatına görə, bu barədə S.Əlisoy özünün “facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
O, absurd ittihamlarla Müsavatdan çıxarıldığını vurğulayaraq, bundan sonra qohumlarının da həmin partiyada qalmasının şərəf məsələsi olduğunu bildirib.
“Belə bir paradoksal durumda "şərəfsizlər üçün şərəfin dəyəri olmur” deyiminə inandığım üçün Əlisoyların 7 nəfər üzvünün Müsavat Partiyasından istefa etdiyini açıqlayır və bunu Əlisoyların 18 nümayəndəsinin təsdiq etməsinin məsuliyyətini üzərimə götürürəm” - deyə S.Əlisoy qeyd edib.