Bakı. Etibar Məmmədov – APA. Müsavat başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu və Partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədliyə xəbərdarlıq edilib.
Müsavat başqanının müavini Elman Fəttahın APA-ya verdiyi məlumata görə, bu barədə bu gün Divanın toplantısında qərar qəbul olunub. O bildirib ki, E. Məmmədli Divanın iclasında iştirak edib və ona suallar ünvanlanıb: “Müsavat Partiyasına qarşı fəaliyyətini nəzərə alaraq ona Nizamnamənin müvafiq bəndinə əsasən xəbərdarlıq olunub”.
E. Fəttah qeyd edib ki, Divanda Q. İbadoğlunun da məsələsi müzakirəyə çıxarılıb: “Onun Divana gəlməməsi üzürsüz səbəbdən və saymazlıq kimi qiymətləndirildi. Ona xəbərdarlıq edildi kii, son olaraq Divanın növbəti iclasına qatılsın, iştirak etməsə, barəsində Nizamnaməyə uyğun qərar qəbul ediləcək”.