Bakı. Etibar Məmmədov - APA. Müsavat Partiyası fevralın 12-də keçirilməsi nəzərdə tutulan iqtidar-müxalifət dialoquna dəvət alıb.
Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı APA-ya açıqlamasında deyib ki, dialoqda iştirak məsələsi partiyada müzakirə olunduqdan sonra yekun qərar veriləcək.