Bank Of Baku

Müsavat Partiyası və Milli Şura Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ayrı-ayrılıqda ziyarət edib

Müsavat Partiyası və Milli Şura Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ayrı-ayrılıqda ziyarət edib
# 31 yanvar 2015 10:33 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Müsavat Partiyası və Milli Şuranın rəhbərliyi və üzvləri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 131 illiyi ilə əlaqədar onun Novxanıdakı abidəsini ayrı-ayrılıqda ziyarət ediblər.

 

APA-nın məlumatına görə, abidənin önünə əklillər qoyulub, Rəsulzadənin ruhuna dualar oxunub.

 

Müsavat Partiyasının başqanı Arif Hacılı, sabiq başqan İsa Qəmbər, Müsavat Məclisinin sədri Nüşabə Sadıqlı çıxışlarında Rəsulzadənin Azərbaycan müstəqillik tarixindəki rolundan danışıb, onu Azərbaycanının qurucusu, ziyalı, ictimai xadim kimi xarakterizə ediblər.

 

Sonra Rəsulzadənin abidəsini Milli Şuranın rəhbərliyi və üzvləri ziyarət edib, Rəsulzadənin xidmətləri haqqında danışıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR