Bank Of Baku

Əlövsət Talışxanlı: “Arif Hacılı vaxtilə demişdi ki, Mirbaba Babayev Müsavatda ən obyektiv adam imici olan ən qeyri-obyektiv adamdır"

Əlövsət Talışxanlı: “Arif Hacılı vaxtilə demişdi ki, Mirbaba Babayev Müsavatda ən obyektiv adam imici olan ən qeyri-obyektiv adamdır"
# 11 fevral 2015 14:53 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Arif Hacılının 15 il əvvəl bir neçə müsavatçının yanında dediyi, sonralarsa yaxşı bir tapıntı kimi harada düşdü təkrar elədiyi bir fikri xatırlayıram. Arif Hacılı demişdi ki, Mirbaba Babayev Müsavatda ən obyektiv adam imici olan ən qeyri-obyektiv adamdır.  İndi biz Arif Hacılının səmimiliyinə inanaq, yoxsa Mirbaba Babayevin obyektivliyinə?..”

 

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sabiq üzvü Əlövsət Talışxanlı deyib.

 

Qeyd edək ki, Müsavat Partiyasının Nizamnaməsinin əsas müəlliflərindən olan M. Babayev Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunun Divanın qərarı ilə partiyadan çıxarılmasını Nizamnaməyə uyğun saydığını bəyan edib, Q. İbadoğlu və tərəfdarlarının partiya rəhbərliyinin legitimliyini şübhə altına aldığını, növbədənkənar qurultay tələbi ilə çıxış etdiklərini xatırladıb. Ə. Talışxanlı isə bildirib ki, Müsavat Partiyasında yaranmış indiki böhranın əsası 8-ci qurultayda deyil, ondan çox-çox  əvvəllər, Arif Hacılı partiyanın təşkilat məsələləri üzrə katibi təyin olunanda  qoyulub, keçən illər ərzində isə  xarakteri ilə əlaqədar xeyli müsavatçı A. Hacılını qəbul etməyib.  MNTK-nın sabiq üzvü yaranmış böhranın  ən başlıca səbəbinin bu cür keyfiyyətlərə malik insanın partiya başqanlığına gətirilməsi olduğunu vurğulayıb:

 

“Qurultayla bağlı təqdim edilən arayışda qurultayın çağırılması barədə tələb yox idi, arayışda baş vermiş pozuntular göstərilməklə yanaşı, onların araşdırılması  və saxtakarların cəzalandırılması tələb olunurdu. Qurultayın davam etdirilməsini tələb edənlər də olub, çünki qurultay Məclis və MNTK seçkilərini təsdiq etməyib. Əgər dedikləri kimi təsdiq olunubsa, onda həmin hissənin vidioçəkilişini qoyun sosial şəbəkəyə, məsələ də bitsin. Növbədənkənar qurultay təkliflərinə gəlincə, bu istiqamətdə heç bir addım atılmayıb, yəni Nizamnamədə tələb olunan şərtlərə uyğun imzalar toplanmasına başlanılmayıb.  Ancaq yaxşı olardı ki, Mirbaba Babayev Müsavatın indiki rəhbərlərinin “lazım olan qədər imza toplansa da, Məclis belə qərar verməyəcək” fikirlərinə  münasibət bildirəydi. Əgər növbədənkənar qurultay çağırılması uçun lazım olan tələb yerinə yetirilibsə, Məclis onu necə çağırmaya bilər?”

 

Ə. Talışxanlı M. Babayevin Q. İbadoğlunun fevralın 2-də Divanın iclasına qatılmamasına irad tutmasını da yersiz sayıb: “Mirbaba Babayev yazıb ki, hansısa təşkilatın işində iştirak Divanın iclasından vacib ola bilməz. Qubad İbadoğlu Müsavatın sıravi üzvüdür , “hansısa təşkilat’ adlandırdığınız ADR Hərakatının Təşkilat Komitəsinin isə sədridir. Buna baxmayaraq, Divanın iclasına dəvət olunması ilə bağlı ona məlumat veriləndə dəvəti qəbul etmiş, ancaq həmin günə və bir gün  əvvələ tədbirlər planlaşdırıldığını bildirərək, əgər qrafikdə dəyişiklik olarsa, iclasa qatılacağını bildirmişdi. Mirbaba Babayev tez-tez vurğulayır ki, Qubad bəy və tərəfdarları başqan (həmçinin Məclis və MNTK) seçkilərini tanımır. Qubad bəyin tərəfdarlarından mən də daxil olmaqla bu seçkiləri tanımayanlar olub, ancaq Qubad bəyin və bir çox başqa müsavatçıların belə açıqlamaları olmayıb. Ümumiyyətlə, Mirbaba Babayevin yazısında çoxlu məntiqsizliklər olsa da, indiki MNTK-nın cavabları ilə müqayisədə  xeyli ciddidir. Ona görə də Mirbaba Babayev öz biliklərini onlarla da bölüşsə, pis olmaz”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR