Bank Of Baku

Nemət Kərimli: “Başxanım Abbaslı Qubad İbadoğlunun Müsavatdan xaric edilməsinin əleyhinə səs verməyib”

Nemət Kərimli: “Başxanım Abbaslı Qubad İbadoğlunun Müsavatdan xaric edilməsinin əleyhinə səs verməyib”
# 07 fevral 2015 13:22 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “Başxanım Abbaslının səsvermənin nəticəsini olduğu kimi təqdim etməməsi korporativ maraqlardan irəli gəlir”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Nemət Kərimli deyib.

 

Onun sözlərinə görə, səsvermə zamanı Başxanım Abbaslı səsvermə zamanı bitərəf qalıb: “Müsavat Partiyası Divanının dünənki iclasında Qubad İbadoğlunun partiyadan xaric edilməsi zamanı səsvermədə on iki nəfər lehinə səs verib, Başxanım Abbaslı isə bitərəf qalıb. Amma bugünkü açıqlamasında bildirib ki, o, qərarın əleyhinə səs verib. Bu, hansısa korporativ maraqlardan irəli gəlir ki, səsvermənin nəticəsini olduğu kimi təqdim etmir. Hətta o, bitərəf qaldıqda, Müsavat Partiyasının başqanı Arif Hacılı ondan soruşdu ki, nəyə görə bitərəf qalırsınız?! Başxanım Abbaslı bildirdi ki, bu məsələyə qarışmaq istəmirəm, ona görə də neytral mövqe tuturam”.

 

Qeyd edək ki, Müsavat Partiyasının Divan üzvü Başxanım Abbaslı bu gün APA-ya açıqlamasında bildirib ki, dünən Qubad İbadoğlunun partiyadan xaric edilməsi səsverməyə çıxarıldıqda, o, qərarın əleyhinə səs verib: “Qərar səsverməyə çıxarılarkən lehinə, əleyhinə və bitərəf qalanlarla bağlı  səsvermə tez-tez keçirildi, ola bilər ki, səsvermə zamanı əlimi qaldırarkən gecikmişəm, bitərəfə düşüb və protokolda da elə qeyd olunub”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR