Bakı. Şəhriyar Əlizadə - APA. Ötən il ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə daxil olan 1982 sorğu, müraciət və şikayətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 40 qərar və qərardad qəbul edilib.
Məhkəmədən APA-ya verilən məlumata görə, həmin sorğu, müraciət və şikayətlərin 492-nə palatalar tərəfindən baxılıb, digərləri isə Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olmadığından, baxılması üçün aidiyyəti üzrə müvafiq dövlət orqanlarına göndərilib.
Məlumata görə, ötən il məhkəməyə şikayətlər əsasən məhkəmə aktları, ailə, vergi, mülki, əmək münasibətləri, alğı-satqı, torpaq sahələrinin ayrılması, sahibkarlıq fəaliyyəti və s. ilə bağlı olub.