Bank Of Baku

Prezident İlham Əliyev “Polis Akademiyasının əyani şöbəsinə kursantların qəbulu məsələləri haqqında” 1993-cü il 30 aprel tarixli fərmanı ləğv edib

Prezident İlham Əliyev “Polis Akademiyasının əyani şöbəsinə kursantların qəbulu məsələləri haqqında” 1993-cü il 30 aprel tarixli fərmanı ləğv edib
# 11 fevral 2015 16:26 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Polis Akademiyasının əyani şöbəsinə kursantların qəbulu məsələləri haqqında” 1993-cü il 30 aprel tarixli fərmanın ləğv edilməsi barədə fərman imzalayıb.

 

APA-nın məlumatına görə, sözügedən fərman “Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedraların yaradılması haqqında” 2014-cü il 23 sentyabr tarixli sərəncamın tətbiqi ilə əlaqədar verilib.

 

Dövlət başçısının digər fərmanı ilə “Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 5.3.13-cü yarımbəndində “xüsusi rütbələr” sözlərindən sonra “Polis Akademiyasının məzunlarına ilkin zabit hərbi rütbəsi” sözləri əlavə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR