Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Xızıya səfəri çərçivəsində Cəfər Cabbarlı parkında yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
APA-nın məlumatına görə, dövlət başçısı Cəfər Cabbarlının parkda ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub.
Azərbaycan prezidentinə parkda aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 5800 kv.m olan parkda sakinlərin istirahəti üçün hərtərəfli şərait yaradılıb, geniş yaşıllıq zolağı salınıb.