Bank Of Baku

Müsavatın daha bir üzvü partiyadan xaric edilə bilər

Müsavatın daha bir üzvü partiyadan xaric edilə bilər
# 05 fevral 2015 09:15 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Müsavatçıların Hüquqlarını Müdafiə Komitəsi Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasına alternativ yaradılıb”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Sevinc Hüseynova partiya daxilindəki narazıların Müsavatçıların Hüquqlarını Müdafiə Komitəsi təsis etməsinə münasibət bildirərkən deyib. O bildirib ki, fevralın 7-də partiya üzvü Əlövsət Əhədoğlu fəaliyyəti ilə əlaqədar MNTK-nın iclasına dəvət edilib: “İclasda komitənin yaradılmasında Əlövsət Əhədoğlunun iştirakı, sosial şəbəkələrdə Divan, Məclis və MNTK-nın fəaliyyətini şübhə altına alan fikirləri araşdırılacaq. Onun yazdıqlarının heç bir əsası yoxdur”.

 

Ə. Əhədoğlunun partiyadan kənarlaşdırılacağı ehtimalına gəlincə isə, S. Hüseynova bəyan edib ki, iclasın yekununda qərar kollegial qəbul olunacaq: “Ona görə də hər şey mümkündür. Ola bilər ki, o, öz fikirlərini sübutlarla əsaslandıra bildi. Məsələ araşdırıldıqdan sonra hüquqi qiymət veriləcək”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR