Siyavuş Novruzov Azərbaycanda bələdiyyə sisteminin formalaşmasında Türkiyə təcrübəsinin tətbiqinin əleyhinə çıxıb

Siyavuş Novruzov Azərbaycanda bələdiyyə sisteminin formalaşmasında Türkiyə təcrübəsinin tətbiqinin əleyhinə çıxıb
# 13 fevral 2015 11:21 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov ölkədə bələdiyyə sisteminin formalaşmasında Türkiyə təcrübəsinin tətbiq edilməsinin əleyhinə çıxıb.

 

APA-nın məlumatına görə, bələdiyyələrə nəzarətlə bağlı illik məruzənin müzakirəsi zamanı deputat Elmira Axundova bələdiyyələrin formalaşmasında nöqsanların olduğunu, nümunə kimi Türkiyə təcrübəsindən yararlanaraq bunun aradan qaldırılmasını təklif edib.

 

Ona cavab olaraq çıxış edən S.Novruzov isə bildirib ki, Türkiyədə sistem fərqlidir: “Orada daha çox böyükşəhər bələdiyyələri var. Kəndlərdə isə muxtarlar deyilən şəxslər var və onlar da bələdiyyə üzvüdür. İndi biz bunu da hesablasaq, Türkiyədə bələdiyyələrin sayı bizdən daha çox olar. Bəzən Azərbaycanda bələdiyyələrlə icra orqanları dəyişik salınır. Bələdiyyələrin statusu var, genişdir. Bəzən deyirlər ki, bələdiyyə torpaq satır. Torpaq bölünübsə, necə sata bilər ki? Ola bilsin ki, kimsə dələduzluq edir. Ancaq bu bəlli olanda cəzalandırılır. Bəli, elə bələdiyyə sədri var ki, səlahiyyətinin əksinə fəaliyyət göstərir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR