Bakı – APA. Dənizdə batma təhlükəsi ilə üzləşən daha bir nəfər xilas edilib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbər görə, Sumqayıt şəhəri, Corat qəsəbəsində dənizdə (“Corat” sularda xilasetmə məntəqsindən 2500 metr sağa, nəzarətsiz ərazidə) batmaq təhlükəsi ilə üzləşən 1 nəfər nazirliyin “Corat” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub. Əməliyyat saat 20:20-də başa çatıb.