Bakı. Fuad Cəfərov - APA. Sumqayıtda yaşayış binasında yanğın olub.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində 8 ədəd elektrik sayğacı və vətəndaşa məxsus 1 ədəd qaz sayğacı yanıb.
Digər sayğaclar yanğından mühafizə olunub və yuxarı mərtəbələrdən 6 nəfər təxliyə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.