Bank Of Baku

Tural Abbaslı: “Qubad İbadoğlunun Müsavatdan xaric edilməsi ziyanlı qərardı”

Tural Abbaslı: “Qubad İbadoğlunun Müsavatdan xaric edilməsi ziyanlı qərardı”
# 06 fevral 2015 19:26 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Divanın bu günkü növbədənkənar iclasında Qubad İbadoğlunun partiyadan xaric edilməsini yanlış və ziyanlı qərar hesab edirəm”.

 

APA-nın məlumatına görə, bunu Müsavat Partiyası başqanlığına sabiq namizəd Tural Abbaslı özünün “facebook” səhifəsində yazıb.

 

T. Abbaslı digər namizəd Qubad İbadoğlunun Müsavatdan xaric edilməsinə münasibət bildirərək, bunun Müsavatda barışıq və sabitlik mühiti üçün atılmış addım hesab etməyib: “Qubad İbadoğlunun qurultayda aldığı səsləri nəzərə alsaq, bu addımın partiyamız üçün heç də yaxşı nəticələr verəcəyini düşünmürəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR