Bank Of Baku

Tural Abbaslı Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasına dəvət edilib

Tural Abbaslı Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasına dəvət edilib
# 10 mart 2015 12:14 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Müsavat Partiyası  Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) Müsavat Partiyası Divanının sabiq üzvü Tural Abbaslını Divanın qərarı ilə partiyadan xaric edilmiş başqanlığa sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu ilə bağlı müraciəti ilə əlaqədar bu gün MNTK-nın iclasına dəvət edib.

 

Bunu APA-ya açıqlamasında T.Abbaslı bildirib.

 

MNTK-nın bu gün keçiriləcək iclasında iştirak edəcəyini söyləyən T.Abbaslı deyib ki, Nizamnaməyə əsasən bir ay ərzində MNTK şikayətə yazılı cavab verməli idi: “Ancaq bir aydan çox vaxt keçib, şikayətə hələ indi baxılır. Bəs bu müddət ərzində MNTK nə işlə məşğul idi?  Mən Qubad İbadoğlunun partiyadan xaric olunmasını Nizamnaməyə zidd hesab edirdim və bununla bağlı şikayət vermişəm. Dünən isə mənim email ünvanıma rəsmi məktub göndəriblər. Yazıblar ki, ərizəndəki bəzi cümlələri başa düşmürük, məsələn, Divanın qərarının Nizamnaməyə zidd olduğunu deyəndə nəyi nəzərdə tutursunuz. Məni şikayətimə aydınlıq gətirmək üçün MNTK-nın iclasına dəvət ediblər. Mən bunu şikayətə baxmaqla bağlı vaxtın uzadılması kimi qiymətləndirirəm. Digər tərəfdən, mən şikayət vermişəm ki, Qubad İbadoğlunun partiyadan xaric edilməsi Nizamnaməyə ziddir. Mən şikayətdə Nizamnamədən bəndlər göstərməyə məcbur deyiləm, bu, mənim vəzifəm deyil. MNTK-nın borcu və vəzifəsidir ki, bu şikayət əsasında Divanın qərarını analiz etsin və qərarın Nizamnaməyə uyğunluğu barədə bir rəsmi cavab hazırlasın. Bildirilsin ki, Qubad İbadoğlunun konkret filan hərəkətləri Nizamnamənin bu bəndlərinə görə pozuntu olduğu üçün onun partiyadan çıxarılması qanunidir. Belə konkret cavab vermək əvəzinə, mənim müraciətimdəki cümlələri müzakirəyə keçiblər. Bu da onların konkret cavabının olmadığını göstərir. Mən MNTK-nın bugünkü iclasında da deyəcəm ki, şikayət hansı formada olursa-olsun, MNTK Qubad İbadoğlunun Nizamnaməyə əsasən partiyadan çıxarılmasının səbəbini göstərsin və əsaslandırsın”.  

 

Qeyd edək ki, Müsavatın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Sevinc Hüseynova APA-ya açıqlamasında deyib ki, Q.İbadoğlu ilə bağlı ən düzgün şikayəti Tural Abbaslı edib, bir müsavatçı kimi MNTK-ya müraciət edib ki,  Qubad İbadoğlunun partiyadan çıxarılmasını düzgün saymır: “Tural Abbaslı bu məsələnin araşdırılmasını xahiş etmişdi. Biz də ona sorğu göndərmişik ki, ərizədə göstərdiyi bəzi məqamları aydınlaşdırsın”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR