Bank Of Baku

Ümid, Klassik Xalq Cəbhəsi və Ədalət partiyalarının üzvlərinin ADR-də təmsilçiliyi partiyaların rəhbərliyində narahatlıq yaradıb

Ümid, Klassik Xalq Cəbhəsi və Ədalət partiyalarının üzvlərinin ADR-də təmsilçiliyi partiyaların rəhbərliyində narahatlıq yaradıb
# 24 fevral 2015 12:10 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Hazırda Ümid Partiyası İcra Aparatının rəhbəri olan Taleh Əliyev QHT rəhbəri kimi Qubad İbadoğlunun rəhbərlik etdiyi Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Koalisiyasında iştirak edirdi. Sonradan Taleh Əliyev Qubad İbadoğlunun yaratdığı Azərbaycan Demokratiya və Rifah Hərəkatına qoşuldu. Biz hərəkatın partiyaya çevrilməsi ehtimalı ilə bağlı onunla müzakirə aparmışıq”.

 

Bunu APA-ya açıqlamasında Ümid Partiyası Ali Məclisinin sədri Ənvər Ağazadə deyib.

 

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının partiyaya çevrilməsi ehtimalının Q. İbadoğlu və ADR İdarə Heyətinin üzvü Vurğun Əyyub tərəfindən istisna edilmədiyini xatırladan  Ə. Ağazadə bildirib ki, hələlik həmin qurum hərəkat formasındadır və hərəkatın Əsasnaməsinə görə, digər partiyaların üzvləri orada təmsil oluna bilər: "Ümid Partiyasının Nizamnaməsi də üzvlərə ictimai qurumlarda təmsilçiliklə bağlı qadağa qoymur. Amma ADR gələcəkdə partiyaya çevriləcəksə, Taleh Əliyev yəqin ki, orada təmsil olunmayacaq.  Çünki Taleh Əliyev apardığımız müzakirələr zamanı dedi ki, gələcəkdə ADR partiyaya çevriləcəksə, fəaliyyətini Ümid Partiyasında davam etdirəcək. Partiyamızın Nizamnaməsində açıq göstərilir ki, partiyanın üzvü başqa partiyanın üzvü ola bilməz”.

 

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu APA-ya açıqlamasında deyib ki, ADR-də KXCP-nin keçmiş üzvləri, KXCP ilə əlaqəsini kəsmiş, partiyada fəaliyyət göstərməyən üzvlər və hazırda KXCP üzvü olan şəxslər var: “Biz KXCP İdarə Heyətinin son toplantısında ADR-də təmsil olunan üzvlərimizlə bağlı müzakirə aparmışıq, hazırda üzvümüz olan şəxslərin özləri ilə bu məsələni müzakirə edəcəyik və sonra da ortaya Nizamnamə gələcək, vəssalam”.   

 

Ədalət Partiyası sədrinin təşkilati məsələlər üzrə müavini Mütəllim Rəhimli APA-ya bildirib ki, ADR-də təmsil olunan partiya üzvləri hələ bu barədə partiyaya məlumat verməyiblər: “ADR ictimai qurumdur, partiya üzvləri orada oluna bilərlər. Ancaq gələcəkdə ADR partiyaya çevrilsə, onun sıralarında təmsil olunan üzvlərimiz barədə tədbir görüləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR