Bank Of Baku

VHP qurultayın vaxtını dəyişib

VHP qurultayın vaxtını dəyişib
# 12 iyul 2014 12:21 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Qurultayı gələn ilin mart-aprel aylarında keçirməyi planlaşdırırıq”.

 

Bunu APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı deyib.

 

R.Manaflı qeyd edib ki, partiyanın qurultayının ilin sonunda keçirilməsi planlaşdırılsa da, qurultay müəyyən səbəblərə görə təxirə salınıb: “İndi bölgələrdə qurultayla əlaqədar konfranslara hazırlıq işləri görülür. Yay fəsli və kənd təsərrüfatı işləri ilə əlaqədar biz bu konfransların sentyabrda keçirilməsini məqsədəuyğun hesab etdik. Biz partiyanın qurultayını bu ilin sonuna planlaşdırmışdıq, ancaq mövcud vəziyyətlə əlaqədar qurultayı gələn ilin mart-aprel aylarında keçirməyi planlaşdırırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR