Bu il ADY-nin qatarları dəmir yoluna qəfil insan çıxması nəticəsində 15 dəfə təcili tormozlama edib

Bu il ADY-nin qatarları dəmir yoluna qəfil insan çıxması nəticəsində 15 dəfə təcili tormozlama edib
# 27 iyun 2024 16:15 (UTC +04:00)

"Azərbaycan Dəmir Yolları" QSC dəmir yolu infrastrukturundan və dəmiryol keçidlərindən istifadə edən piyadaları təhlükəsizliyə ciddi riayət etməyə çağırır.

"APA-Economics" xəbər verir ki, ADY çağırış edərək bildirib ki, piyadalar, xüsusilə də uşaqlar üçün dəmir yolunu diqqətsiz keçmək, dəmir yolu xətti üzərində və ya yaxınlığında oyun oynamaq çox təhlükəli ola bilər. Özünüzün və uşaqların həyatını riskə atmamaq üçün dəmir yolu xəttini keçərkən yalnız müəyyən edilmiş yerlərdən, piyada keçidlərindən istifadə edin.

Bu il ADY-nin qatarları dəmir yoluna qəfil insan çıxması nəticəsində 15 dəfə təcili tormozlama edib. Nəticədə qatarların qrafik üzrə hərəkətində gecikmələr qeydə alınıb, sərnişinlərin həyatına təhlükə yaranıb, həmçinin yüklərin təhlükəsiz daşınmasında çətinliklər müşahidə olunub.

Siz də dəmir yollarında təhlükəsizliyi pozan piyadalarla rastlaşdıqda onlara bu barədə xəbərdarlıq edin və ya ADY-nin 24/7 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzinə məlumat verin.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR