İğdır-Vqar Məsimoğlu. APA. İğdırda görüşdüyümüz hər azərbaycanlının ilk sözü bu oldu. Söhbət MHP namizədi Gündüz Günəşin bələdiyyə seçkilərində məğlub olmasından gedir. Səbəblər minlərlədir, hər kəs azərbaycanlı namizədin cəmi 700 səs fərqi ilə məğlub olmasının səbəbini bir cür izah edir. Amma hamının tək bir ümumi qənaəti var – məğlubiyyətə səbəb arxayınçılıq və seçki kampaniyasını düzgün qurmamaq oldu. İğdırda 6 min azərbaycanlı seçkilərdə iştirak etməyib, MHP namizədindən incik 1000 azərbaycanlı AKP-yə, bir o qədər azərbaycanlı isə BDP-yə səs verib. İğdırda seçki gerçəkliyi budur.
Artıq seçkilər başa çatıb, bələdiyyə daha 5 il BDP-də qalacaq, İğdırda yaşayan azərbaycanlılar daha 5 il başqa şəhərlərə köçməkdə davam edəcək, hökumət AKP qalib gəlmədi deyə daha beş il İğdıra ögey gözlə baxacaq. Bu səbəbdən hər azərbaycanlı, MHP-li, AKP-li, CHP-li olmasından asılı olmayaraq çıxış yolu axtarır. Və İğdırda azərbaycanlıların gəldiyi yekun qənaət belədir – İğdırda köçü dayandıracaq, azərbaycanlıların mövqeyini gücləndirəcək tək amil AKP-nin vilayətdə möhkəmlənməsi ola bilər. Artıq İğdırda məsələ seçkilərdə hansı partiyanın qalib gəlməsi deyil, hansı partiyadan asılı olmayaraq azərbaycanlılara sahib çıxacaq birinin qalib gəlməsi nöqtəsinə çatıb.
AKP isə... AKP-nin bələdiyyə seçkilərində ən az səs topladığı vilayət İğdırdır. Partiyanın namizədi şəhər mərkəzində cəmi 4500 səs toplayıb, bu isə ümumi səslərin cəmi 11 faizi deməkdir. Maraqlı məqam odur ki, AKP İğdır təşkilatının 8 min üzvü var, deməli, partiya üzvləri belə seçkilərdə hakim partiyaya səs verməyiblər. Bəs AKP-nin səsləri hansı partiyaya gedib? Hər kəsin bu məsələdə qənaəti birdir – AKP İğdır təşkilatı bütünlüklə kürd vətəndaşlardan təşkil olunub və seçkilərdə partiya təşkilatı bütünlüklə BDP-yə səs veriblər. Bəs AKP-yə səs verən 4500 nəfər kimdir? 2500 məmur, 1000 kürd, min azərbaycanlı seçici. Bu qədər bəsit.
Yerli təşkilatının seçkilərdə hakim partiyaya arxadan vurduğu bu zərbə təbii ki, Ankarada qəzəb doğurub və nəticədə seçkilərdən dərhal sonra AKP İğdır təşkilatının rəhbəri Mustafa Buluş istefa verib. Hazırda AKP İğdır təşkilatının rəhbəri yoxdur, Ankara da rəhbər təyin etməyə tələsmir. Partiya rəhbərliyi yerli təşkilatı tam şəkildə yenidən qura biləcək namizəd axtarır. İğdırda da hər kəs düşünür ki, AKP bu vilayətdə seçkilərdə qalib gəlmək üçün İğdır reallıqlarını nəzərə almalıdır.
Reallıqlar nədən ibarətdir? Birincisi, şəhər əhalisinin tam yarısı azərbaycanlılardır. İkincisi, seçkilərdə azərbaycanlılar MHP-yə, kürdlər BDP-yə səs verir. AKP bu cür davam edərsə, İğdırda yalnız 2000-2500 məmur səsinə iddia edə bilər. Qəribədir ki, partiya seçkilər ərəfəsində 7000 ailəyə sosial yardım paketi paylasa da, o ailələr belə AKP-yə səs verməyiblər. Ona görə yox ki, hakim partiyanı sevmirlər, o səbəbdən ki, AKP İğdır təşkilatının rəhbərliyi kürd seçicilər üzərində hökmə sahib deyil. İğdır sakinləri hesab edir ki, əgər hakim partiyanın yerli təşkilatına İğdırda söz sahibi olan və şəhərdə sevilən azərbaycanlılardan biri rəhbər təyin olunsa, o zaman partiyanın parlament seçkilərində iki deputat mandatı qazanacağı şəksizdir. Və bu nöqtədə hər kəs 10 il İğdır bələdiyyəsinə sədrlik etmiş, 2009-cu ildə AKP-nin bələdiyyə sədri postuna namizədi kimi 33 faiz səs toplamış Nurəddin Arasın üzərində dayanır. 33 faiz səs - AKP-nin son 11 ildə İğdırda qazandığı ən böyük uğurdur və bu səbəbdən iğdırlılar Nurəddin Arasın hakim partiyanın yerli təşkilatına rəhbərlik etməsini vacib sayırlar. Niyə Nurəddin Aras? Cavab sadədir – azərbaycanlıların və hakim partiyanın maraqlarını bir nöqtədə cəmləşdirə biləcək ikinci belə namizəd faktiki olaraq yoxdur.
Nurəddin Arasın AKP İğdır təşkilatına rəhbər təyin olunması hakim partiyanın bir neçə marağını birdən təmin etmiş olur. Birincisi, adı çəkilən şəxsin İğdır şəhər mərkəzində ən az 7 min stabil səsi var, seçkilərə hansı partiyadan qatılsa minimum 7 min səs toplaya bilər. Buraya məmur səslərini, sosial yardım paketi alan ailələrin səslərini, bələdiyyə seçkilərində MHP-dən küskün olan və səs verməyə getməmiş 6 min azərbaycanlının səsini və dövlətə bağlı, separatçı meyllərdən uzaq, lakin sahib çıxılmayan kürd vətəndaşların səslərini əlavə etsək, o zaman AKP parlament seçkilərində 25 min səsi rahatlıqla qazana bilər.
Bu fikirdə olan iğdırlılar başqa bir məqama da toxunurlar. Nurəddin Aras 2004-cü il bələdiyyə seçkilərində Ankara, İstanbul, İzmir, Bursa, Ərzurum və digər şəhərlərdə yaşayan, lakin seçici kimi İğdırda qeydiyyatda olan iğdırlıları səsvermə günü avtobus və təyyarələrlə şəhərə gətirib və səs verdirib. Türkiyə seçki sistemində bu, normal prosedur sayılır, lakin bunu gerçəkləşdirmək xeyli vəsait tələb edir. İğdırın köklü ailələrindən olan Araslar bunu etməyə qabildir və bu səbəbdən azərbaycanlılar hesab edir ki, AKP rəhbərliyi təşkilata sədr məsələsində Nurəddin Arasın namizədliyi üzərində dayansa, bir, hətta iki deputat mandatını təmin etmiş olar.
İğdırlılar AKP-nin vilayətdə gücə sahib olmasını ürəkdən istəyir, çünki BDP-nin bölgədə ildən-ilə güclənməsi azərbaycanlıların öz doğma yurdlarını tərk edərək böyük şəhərlərə köçməsini sürətləndirib. İğdırda bələdiyyə 80 il azərbaycanlıların nəzarətində olub, bu dövrdə azərbaycanlı bələdiyyə başqanları azərbaycanlı, kürd demədən şəhəri ədalətlə idarə ediblər. BDP-nin bələdiyyəni ələ keçirdiyi dövrdən başlayaraq isə azərbaycanlılar ayrı-seçkiliklə üzləşib, üstəlik AKP yerli təşkilatının rəhbərinin kürd vətəndaş olması soydaşlarımızın yerli qurumlarda işə götürülməsini əngəlləyib. Məsələn, azərbaycanlı bələdiyyə başqanının dövründə bir dövlət qurumunda çalışan 300 nəfərdən 180-200 nəfəri azərbaycanlı idisə, son beş ildə bu rəqəm 10 nəfərə enib. İşsiz qalan iğdırlılar isə məcbur olaraq evlərini dəyər-dəyməzə satıb İstanbul, Ankara, İzmir və başqa şəhərlərə köçməli olurlar. Boşalan yerlər isə Cənub-Şərqi Anadoludan məqsədyönlü şəkildə köçürülən ailələri hesabına doldurulur. Bu səbəbdən iğdırlılar hesab edir ki, AKP İğdır təşkilatına azərbaycanlının sədr təyin olunması idarəetmədə təmsilçilik baxımından etnik balansı təmin etmiş olar və hakim partiyanın vilayətdə mövqeyini qat-qat möhkəmlədər. Artıq İğdırın öndə gələn azərbaycanlı ailələri, qeyri-hökumət təşkilatları və azərbaycanlı iş adamlarının təkidi ilə Nurəddin Aras Ankaraya gedərək AKP rəhbərliyi ilə görüşüb və AKP İğdır təşkilatının sədri postuna namizədliyini irəli sürüb. Hakim partiya da deyəsən İğdır reallıqlarını nəzərə almaq niyyətindədir. İğdırlılar isə necə deyərlər, çamadan üstündə oturub, AKP rəhbərliyindən gələcək qərarı gözləyirlər. Bu qərar azərbaycanlıların İğdırı kütləvi şəkildə tərk etməsini sürətləndirə və AKP-nin İğdırı birdəfəlik itirməsi ilə də nəticələnə bilər, İğdırda soydaşlarımızın və hakim partiyanın mövqeyinin möhkəmlənməsi ilə də.
Azərbaycanlılar İğdırda seçkiləri niyə uduzdu? - VİDEO
Xəbər Lenti
Tramp Marko Rubionu 2028-ci il prezident seçkilərində mümkün namizədlərdən biri kimi göstərib
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb
Tramp Heqsetin impiçmentinə qarşı çıxıb
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO